Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Gömrük haqqı azalıb, qiymətlər düşüb” – Video

“Gömrük haqqı azalıb, qiymətlər düşüb” – Video

“Uşaq evdə ağlayanda ata işdən şaxta baba paltarında şəkil atır ki, burdayam”- Bu sözləri soyuqda evindən çıxıb bayram alış-verişi edən kütlənin içindən eşidirik…

Hər il olduğu kimi bu il də Yeni il yaxınlaşdıqca, metro yaxınlığındakı yarmarkaların sayı artır. Şəhərdə bayram əhval-ruhiyyəsini yaradan bu çadırlar uzaqdan rəngarəng və gözoxşayan bəzəklərlə insanı cəlb edir.

Odur ki, “Qafqazinfo” olaraq “28 May” və “Nərimanov” metrostansiyalarının qarşısında salınmış yarmarkalarda olduq və qiymətlərlə maraqlandıq.

Görək bu il yolkamızın qurulması bizə neçəyə başa gələcək?

Ötən ilə nisbətən sanki bu bayram aksesuar və oyuncaqlarda çeşid bolluğunun olduğu müşahidə olunur. Satıcılar da söhbətimizdə müşahidəmizin doğru olduğunu, bolluqla yanaşı qiymətlərin də xeyli ucuzlaşdığını bildirib:

“Bu il oyuncaqların qiymətində çox böyük fərq var. Gömrük haqqı azaldığı üçün qiymətlər də sərfəlidir. Bunun nəticəsində alıcılar da ötən illərə nisbətən çoxdur. Məsələn, keçən il 5 manata aldığımız yolkalar bu il 2-3 manata başa gəlib. Hətta keçən il 10 manata aldığımız yolka oyuncağını bu il 4 manata almışıq. Kifayət qədər böyük-6 manat fərq var”.

Alıcıların sözlərinə görə, hətta bu il yarmarkalar tez quraşdırılıb:

“Ötən illərdə ayın 15-dən sonra müşərilər gəlməyə başlayırdı. Bu il isə mal gündəlik olaraq yenilənir, maraqlananlar çoxdur”.

Alıcılar da mağazalarla müqayisədə yarmarkalarda qiymətlərin aşağı olduğunu, bunun da bayram alış-verişinə təsir etdiyini bildirib:

“Evdə uşaqlar olanda ən azından bir yolka qurmaq istəyirsən. Çox yerlə maraqlanmışıq, burada qiymətlər kifayət qədər sərfəlidir”.

Son olaraq yolkamız üçün xərcləri hesablayaq:

Şam ağacı: 12-142 manat

Sadə zərlər: 1 manat

Bəzəkli zərlər: 1.50-3 manat

Oyuncaqlar: 0.50-6 manat

Bəzəklər: 1-3 manat

Suvenirlər: 3-150 manat

 






Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …