Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Gizli spirtli içkilər aşkarlanıb

Gizli spirtli içkilər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi “Opel Vectra” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının altında və yük yerində hər biri 1 litr olmaqla, 8 ədəd üzərində “Nemirovskaya” yazılan və 22 ədəd üzərində “Nemoroff” yazılan spirtli içkilər aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …