Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? – AÇIQLAMA

Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq? – AÇIQLAMA

Qarabağ işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox müzakirə olunan məsələyə çevrilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən sorğuya start verilməsi bu müzakirələri daha da aktuallaşdırıb.

Hazırda ən çox sual doğuran məsələlərdən biri də budur: Bakıda evlə təmin olunmuş məcburi köçkünlər öz yurdlarına qayıtmayacaqları təqdirdə dövlət tərəfindən verilmiş mənzillər onların əlindən alınacaqmı?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov doğma yurdlarına qayıtmamışdan əvvəl heç bir məcburi köçkünün əlindən evlərinin alınmayacağını bildirib:

“Heç kimi yurd-yuvasına qaytarmamışdan qabaq yaşadığı yerdəki evini əlindən almayacaqlar, bu birmənalıdır. İşğaldan azad olunmuş ərazilərimizdə insanlarımızın qayıdışı üçün şərait yaradılandan sonra, artıq qayıdış proqramı ilə bağlı işlər görülüb başa çatdırılandan sonra nələrsə olacaq. Bu, özbaşına olmayacaq. Bunlar hamısı Cənab Prezidentimizin başçılığı altında dövlət proqramı səviyyəsində həyata keçiriləcək və məcburi kökçünlərimiz müəyyən qayda, qrafik üzrə doğma yurdlarına dönəcəklər. Həmin köçürülməyə qədər heç kimi yaşadığı yerdən çıxarmaq məsələsi yoxdur. Əgər kimlərsə bu barədə vətəndaşlarımız arasında səhv təbliğat aparırsa, söz-söhbət yaradırsa çox səhv edir. Bu dövlət səviyyəsində, prezidentimizin rəhbərliyi altında həyata keçirilən tədbirlərdir, böyük qayıdış proqramıdır. Hər bir kənd, qəsəbə, şəhər əhalisinin doğma yurd-yuvasına qayıtması üçün, orada yaşamaq, işləmək, fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılacaq. Ondan sonra məcburi köçkünlərimizin yuvalarına qayıdışı başlanılacaq. Ona qədər də heç kim, heç kimə deyə bilməz ki, sən burda yaşadığın evdən çıx. Bunlar hamısı kimlərinsə apardığı səhv təbliğatın nəticəsidir”.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …