Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Generalların Bakıda görüşməsinin səbəbi açıqladı – RƏSMİ

Generalların Bakıda görüşməsinin səbəbi açıqladı – RƏSMİ

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavelin Bakıda görüşməsi Azərbaycanın artan siyasi nüfuzunun göstəricisidir”

Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövlətçiliyin inkişafına görə dünyada yüksək səviyyədə nüfuz qazanıb:

“Azərbaycan çox böyük tədbirlərin keçirildiyi, dünyanın taleyüklü məsələlərinin həll edildiyi diplomatik mərkəzə çevrilir. Azərbaycandakı stabillik, infrastruktur inkişafı ilə bağlı görülən tədbirlər və ən əsası təhlükəsizliyin yüksək səviyyədə olması görüş yeri kimi konkret olaraq Azərbaycanın seçilməsinə gətirib çıxarır. İlin əvvəlində ABŞ və Rusiya hərbi rəhbərlərinin görüşü zamanı bir çox ekspertlər bildirirdi ki, bu başlanğıcdır, gələcəkdə Bakıda belə tədbirlərin tez-tez keçiriləcəyi gözləniləndir. Dünyada bir qayda olaraq belə görüşlərin keçirildiyi bir neçə məkan var. Bunlar Paris, London, Cenevrədir. İndi bu siyahıya Bakının da əlavə edilməsi onu göstərir ki, Azərbaycan dünyanın bütün ölkələri ilə münasibətdə etibarlı tərəfdaş və ciddi məsələlərin müzakirə edildiyi bir ölkədir”.

A.Mirzəzadə qeyd edib ki, Bakıda keçirilən görüş Azərbaycanın diplomatik nüfuzudur və dünyanın aparıcı dövlətləri, təşkilatları tərəfindən göstərilən etimaddır: “Hesab edirəm ki, ikinci belə görüşün keçirilməsindən sonra dünya Azərbaycana tamam fərqli bir gözdə baxmağa başlayacaq”.

Qeyd edək ki, bu gün Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …

Bir cavab yazın