Ana səhifə / Sosial / Generalın qardaşı oğlu rəis gətirilir – Təyinat

Generalın qardaşı oğlu rəis gətirilir – Təyinat

Bakının Nizami RPİ Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinatla bağlı məlumat yayılıb. Axar.az-a verilən qeyri-rəsmi məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Malik Ələkbərov bu posta təsdiqlənəcək. Qeyd edək ki, Nizami RPİ DYP şöbəsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat alıb. Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsindən Axar.az-a bildirilib ki, Fail Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) avtomobillərin axtarış şöbəsinə təyinat aldıqdan sonra onun yeri vokantdır: “Hazırda daxili əmrlə Malik Ələkbərov NRPİ-nin DYP şöbəsinin rəisi vəzifəsini əvəz edir”. 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın