Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / General oğlunun vəzifəsi artırıldı

General oğlunun vəzifəsi artırıldı

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb.

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki,  həmçinin ilk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb. İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək, Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.

Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək, Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru adlandırılıb.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun adı dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb.

Həmçinin, Protokol sektoru Beynəlxalq əməkdaşlıq şöbəsinin tərkibinə verilib.

***

Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

***

Moderator.az-ın məlumatına görə, İlham Nağıyev keçmiş MTN generalı, indi isə baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin müavini Əli Nağıyevin oğludur.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın