Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / “Gərək oğru olasan”- Hafiz Hacıyev

“Gərək oğru olasan”- Hafiz Hacıyev

“”İrəli” İctimai Birliyi müəyyən adamların təsiri altında olan qurumdur”

Bunu adıçəkilən birliyin fəaliyyətindən danışarkən Müasir Müsavat Partiyasının(MMP) sədri Hafiz Hacıyev söyləyib.

Onun sözlərinə görə, belə təşkilatların başında duranlar yüksək vəzifədə oturanların övladlarıdır:

“Onlar özbaşına deyillər. Həmin təşkilatlara ayrılan vəsaitin pulların böyük hissəsi onu ayıranın özünə qayıdır. Kiçik bir hissəsi isə təşkilatın başında duran gənclər arasında bölünür. Bu da, büdcədən pul silməyin, yeni və “effektiv” bir növüdür. Birliklərdə şəffaflıq olmalıdır. Şəffaflıq olmayanda hər bir tərəfə çəkir. Təsəvvür edin ki, sosial mediadan da görürük ki, “İrəli”-nin üzvləri və rəhbəri oteldə qarşılarında tort şəkil çəkdirib, paylaşırlar. Bu işdirmi, fəaliyyətdirmi? QHT lərin əkəriyyəti bu cür dələduzluqlarla məşğuldurlar. Hansı ictimai birlik Azərbaycanın milli maraqlarını müdafiə edir? Hansı ictimai birlik ölkəmizin dünyada tanınmasına yardımçı olub? Heç biri. Sadəcə büdcədən külli miqdarda pul ayırıb, yeyirlər. 5-10 gənci də ortaya atıblar, guya iş görürlər. Özümüzü aldada- aldada gedirik. Bədbəxtçiliyimiz də budur. Sözün düzünü deyəndə cəmiyyətdə yer yoxdur. Gərək oğru olasan. Gərək yalançı və xəyanətkar olasan. Sənə yer verərlər. İndi dövlətə xəyanət edənlərin işi yaxşı gedir. Dövlət başçısına zaman-zaman hədə yağdıranların bəxti yaxşı kəsir. Yaxşı dolanırlar. Ona görə də bunları təbii qarşılamaq lazımdır. Müxtəlif adlarla büdcədən pul silmək ənənə halını alıb. Təssüflənməyə dəyməz. Bir daha deyirəm ki, “İrəli” və ona oxşar bir sıra QHT lər gedib yalandan otellərdə tədbir keçirirlər. Şəkil çəkdirib onu da sosial şəbəkədə yayırlar ki, biz iş gördük. Amma baxırsan ki, gördükləri işin bir əhəmiyyəti yoxdur, amma 100-200 min pul silirlər. Hər halda onlar cəmiyyətə xeyir verməyən, gələcəkdə ictimaiyyətdə heç bir nüfuzu olmayan birliklərdir. Görünür, o cür təşkilatların yüksək ranqlarında yer alan həmin gənclərin dədələri yüksək vəzifədədir.Oğluna bir birlik yaradıb, büdcədən pul silir. Guya oğlu da iş görür. Amma reallıq odur ki, həqiqətən iş görmək istəyən QHT -a imkan verilmir ki, işləsinlər cəmiyyətlə maarifləndirmə işləri görsünlər. QHT məsələsi çox ağrılı yerimizdir. İnsanlarımızın özü hər şeyi yaxşı bilir”.

Tanınmış hüquqşunas Aslan İsmayılov da qeyd edib ki, Hazırda Azərbaycanda öz vəzifəsini layiqincə, yerinə yetirən QHT tapmaq çətindir: ” Həmin təşkilatlar ancaq “qrant” alıb “qrant” yemək məşğuldurlar. Deyəcəklərim bu qədər”. (tərəfdar.az)

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın