Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Sosial / “Gənclərin Milli Məclisdə nə işi var? – Məşhur YAP-çıdan sensasion açıqlama

“Gənclərin Milli Məclisdə nə işi var? – Məşhur YAP-çıdan sensasion açıqlama

“Gənclərin Milli Məclisdə nə işləri var? Mən qətiyyən gənclərin deputat seçilməsini istəmirəm. Milli Məclis gənclər üçün mürgü vurmaq yeri deyil”

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin əməkdaşı, məşhur “91-lər”dən Kərim Kərimov deyib.

O, bildirib ki, Milli Məclisdə gənclərə yer yoxdur: “Gənclərin Milli Məclisdə nə işi var? Gəncliyin yeri universitetlər, idman meydançaları, kitabxanalar, istehsalat müəssisələrdir. Onlar istehsalatda işləməlidirlər ki, təcrübə toplasınlar. Mən bəzilərinin cavan uşaqlarının Milli Məclisə yığılmasının tərəfdarı deyiləm. İngilislər ağıllı millətdir. Onların Çörçili 91 illik ömrünün 61 ilini parlamentin üzvü olub. Bizdə olsa, söz-şəbədə qoşardılar ki, bir adam 61 il deputat olar?”.

K.Kərimovun fikrincə Milli Məclis orta və yaşlı nəslin nümayəndələrindən təşkil olunmalıdır:”Eyni zamanda yaşlı olub, gedib Milli Məclisdə susub oturanların da deputat olmasının tərəfdarı deyiləm. Bir adam deputat seçilirsə, Milli Məclisdə çıxış etməlidir. Çıxışı da yuxarıdan verilən hansısa tapşırıqla yox, öz vicdanı ilə etməlidir. Hesab edirəm ki, bu da o yaşlı deputatların işidir və bu işi görməlidirlər.

Qədim Romada, Yunanıstanda senatorluğa 70 yaşdan yuxarı adamları seçirdilər. Onların 2000 il əvvəlki çıxışlarını oxuyanda təəccüb edirəm ki, onların səviyyəsinə bax, indiki deputatların səviyyəsinə bax. Onlar nə qədər məntiqli, alicənab çıxışlar ediblər. Ona görə də gəncləri gənclik xatirinə Milli Məclisə yığmağın tərəfdarı deyiləm”.

YAP İdarə Heyətinin üzvü bir neçə dəfə deputat seçilənlərin yenidən namizəd olmasının yaratdığı mənfi rəyə də münasibət bildirib:”Bir neçə dəfə deputat seçilən siysətçinin yenidən namizəd olmasının nəyi düzgün deyil? Orada bizim yaşlı deputatlarımız var. Onlar ortayaşlı və gənc deputatlardan daha çox çıxış edirlər, müzakirələr zamanı dəyərli təkliflər verirlər. Özlərini isə necə lazımdır, elə də aparırlar. Bir adam 3-4 dəfə deputat olub, yenidən olmasın bu nə deməkdir? Demokratiyada belə şey yoxdur. Bir adam əgər ağıllıdırsa, enerjilidirsə, seçicikləri ilə işləyirsə, onların səsini toplaya bilirsə, niyə deputat olmasın?”.

 

Həmçinin oxuyun

Şagirdlər üçün avtobus pulsuz olmalıdır – Deputat

Milli Məclisin üzvü Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə sərt …

Bir cavab yazın