Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Gəmi ilə xeyli tekstil məmulatı gətirib gömrükçüləri aldatmaq istədilər – VİDEO

Gəmi ilə xeyli tekstil məmulatı gətirib gömrükçüləri aldatmaq istədilər – VİDEO

Azərbaycan gömrükçüləri külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postuna Türkmənistandan tekstil məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı gəmi daxil olub. Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15 min kv.m və 3 min kq çəkidə 20 min kv.m həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.

“Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb.

Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq – 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17 min kv.m bez parçası malları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 845 nəfər müalicə olunaraq sağalıb, 322 yeni yoluxma faktı qeydə alınıb. …