Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Gəlinlə tutulduğuna görə intihar edən oğlan polisdir?

Gəlinlə tutulduğuna görə intihar edən oğlan polisdir?

Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi barədə yeni iddia yayılıb.

Yenipress.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Məhəmmədəli Əmiraslanlının polis olduğu bildirilib.

Onun Çevik Polis Alayına yeni işə düzəldiyi və idmançı olduğu idda edilir.

Bununla bağlı açıqlama verən DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev M.Əmiraslanlının polis əməkdaşı olmadığını və heç vaxt polis orqanlarında işləmədiyini deyib.

Xatırladaq ki, hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb.

M.Əmiraslanlı qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Bu zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qayınının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq, 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …