Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Gələn ildən pensiyalar artırılır – VİDEO

Gələn ildən pensiyalar artırılır – VİDEO

“Gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur”. Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir.  Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir gələn il yaşa görə təyin edilən pensiyanın isə 375 manata çatdırılacağını bildirib. Sahil Babayev əsassız və saxta pensiya işlərinin ləğvindən də danışıb.

Azərbaycanda sosial müavinətlər artırılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib ki məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözlənilir. Nazir Əlavə edib ki, bununla bağlı müəyyən vəsait ayrılacaq.

Sahil Babayev çıxışında  yaşa görə pensiyanin nə qədər artırılacağını da açıqlayıb.

Nazir Əlavə edib ki “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

https://www.youtube.com/watch?v=VynSQ4MwWZA&feature=emb_title

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …