Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Sosial / Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq

Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Ötən il Azərbaycanda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Ötən il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq …