Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / Gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4 milyard ayrılacaq

Gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4 milyard ayrılacaq

2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılan xərc müəyyənləşib. 

“Qafqazinfo” xəbər verir ki, bu sahənin ümumi büdcə xərclərində çəkisi 15,3 faiz həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik məsələləri ümumi dövlət xidmətlərindən ( 16,7 faiz ) sonra ayrılan xərclərdə ikinci yerdə durur.

Beləliklə, büdcədə bu sahəylə bağlı proqnozun 15, 3 faiz olduğunu nəzərə alsaq, xərclərin 4 milyarda yaxın olması gözlənilir.

Həmçinin oxuyun

Sabah qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yanvarın 18-də Bakıda və Abşeron …