Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Füzulidə yeni tikilən məktəb qəzalı vəziyətdə: Dərslər çadırlarda keçirilir (VİDEO)

Füzulidə yeni tikilən məktəb qəzalı vəziyətdə: Dərslər çadırlarda keçirilir (VİDEO)

Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 8 №-li tam orta məktəb uçma təhlükəsi ilə üz-üzə qalıb.
Azinforum.az xəbər verir ki, bu barədə azxeber.com-a-a Füzuli rayonunda yaşayan sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, Ermənistanla təmas xəttində yerləşən ərazi olduğu üçün atışma zamanı məktəb binası daha çox silkələnir ki, bu da hər an onun uçması ilə nəticələnə bilər.
Məktəbdə hazırda təhsil olan 300-ə yaxın şagird dərslərin həyətdə qurulan çadırda keçirlər.
Sakinlərin sözlərinə görə, Füzuli rayonunun icra başçısı Alı Alıyevə mövcud vəziyyətlə bağlı dəfələrlə məlumat verilsə də, başçı bir dəfə də olsun məktəbdəki vəziyyətlə yerindəcə tanış olmayıb. Mövcud vəziyyət isə olduğu kimi qalmaqdadır.
Məktəb binasının vəziyyəti ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət edilsə də, heç kim bu işdə sakinlərə kömək etməyib.
Qeyd edək ki, Füzuli rayonuna hər il dövlət büdcəsindən vəsait ayrılır.

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …