Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı özünə qarşı ittihamları saxta hesab etdiyindən müstəntiqin ona təqdim etdiyi bir sıra sənədləri imzalamaqdan imtina edib. Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi müəyyən istintaq hərəkətlərinin aparılması məqsədilə vəkil Fəxrəddin Mehdiyevlə birlikdə Fuad Qəhrəmanlı ilə görüşüb. Müstəntiq aparılan istintaq hərəkətlərilə bağlı bir sıra sənədləri Fuad Qəhrəmanlıya təqdim edib. Lakin AXCP sədrinin müavini ittihamların saxta və qondarma olduğunu əsas gətirərək, həmin sənədləri imzalamaqdan imtina edib. Vəkil sözlərinə görə, təqdim olunan sənədlər arasında ekspert rəyləri də vardı.
Vəkil onu da qeyd edib ki, Fuad Qəhrəmanlının ailə üzvlərilə telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Qanuna görə, təcridxanada saxlanılan dustağın həftədə iki dəfə ailə üzvlərilə danışmaq hüququ var. Lakin Fuad Qəhrəmanlının bu hüququ pozulur.
Fuad Qəhrəmanlı eyni zamanda, həbsindən sonra evində axtarış zamanı götürülmüş kompüteri, həmçinin özünün şəxsi telefonundan çirkin məqsədlər üçün istifadə olunmasından narahatdır.
“Fuad Qəhrəmanlının evindəki axtarış zamanı götürülmüş kompüter hələ də qaytarılmayıb. Halbuki, qaytarılmalıydı. Çünki o, ailənin birgə istifadəsi üçün olub. Fuad Qəhrəmanlının mobil telefonu da istintaq qrupunun əlindədir. Fuad Qəhrəmanlı ehtiyat edir ki, sonradan bu əşyalar vasitəsilə internetə saxta məlumatlar yerləşdirə bilərlər”, – deyə vəkil bildirib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın