Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Fuad Ələsgərov: “Azərbaycana saxta sənədlərlə daha çox miqrant daxil olmağa çalışır”

Fuad Ələsgərov: “Azərbaycana saxta sənədlərlə daha çox miqrant daxil olmağa çalışır”

“Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir. Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır”.

Bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.
“Bu gün miqrasiya sahəsində böhranın təsirinin ən bariz nümunəsi Suriyadan milyona yaxın qaçqının kütləvi şəkildə Avropaya gedişidir. Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində sığınacaq axtarmaq məcburiyyətində qalıb. Ancaq bu ölkələrdə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir”, – deyə F.Ələsgərov bildirib.
F.Ələsgərov qeyd edib ki, belə güclü miqrasiya axını Qərb ölkələrinin siyasətinin nəticəsində yaranıb.
Onun sözlərinə görə, hazırda Avropada miqrasiya məsələlərinin həll üzrə aktiv müzakirələr aparılsa da, xüsusi səmərəli həllər hələ də tapılmayıb.
” Ermənistanın etnik təmizləmə siyasəti və Azərbaycan torpaqlarının 20% faizini işğal etməsi nəticəsində Azərbaycan postsovet məkanında böyük miqrasiya axını ilə üzləşən ilk ölkə olub. Bir milyondan çox adam öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb, respublikanın hər səkkiz nəfərindən biri qaçqın olub”, – deyə F.Ələsgərov vurğulayıb. Report.az

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın