Ana səhifə / Sosial / Fransız deputatlardan Azərbaycana sayğısızlıq

Fransız deputatlardan Azərbaycana sayğısızlıq

Fransa parlamentinin iki deputatı – Ervan Binie və Jak Remile Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Xankəndi şəhərinə səfər edib.

AzVision.az xəbər verir ki, fransız deputatlar Azərbaycanın icazəsi olmadan Qarabağa gəliblər. Adları çəkilən deputatlar “Fransa-Qarabağ dostluq qrupu”nun üzvləridir.

Onlar qanunsuz səfər zamanı qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Erməni KİV-lərin yaydığı məlumata görə, fransız parlamentarilər təmas xəttinə baş çəkmək istəyirlər.

Məlumat üçün bildirək ki, Azərbaycan qanunverciliyinə əsasən rəsmi Bakının icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər edən dövlət rəsmiləri, deputatlar, eləcə də iş adamları XİN-in arzuolunmaz şəxslər siyahısına salınır.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın