Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Sosial / Fransanın yeni baş naziri o oldu

Fransanın yeni baş naziri o oldu

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.

APA-nın xəbərinə görə, mayın 14-dən vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filippi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.

Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filipp, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filipp onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filipp E. Makronun yaratdığı “İrəli” hərəkatına simpatiyasını gizlətmirdi.

E. Filipp 46 yaşındadır.

Həmçinin oxuyun

Yol kənarlarında ət kəsənlərə xəbərdarlıq

Səbail rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi …

Bir cavab yazın