Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Fransalı nazir: “Dağlıq Qarabağ münaqişəsində status-kvo bizə uyğun deyil”

Fransalı nazir: “Dağlıq Qarabağ münaqişəsində status-kvo bizə uyğun deyil”

“Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil”.

Bunu Parisdə Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro “AzərTAc”ın bu ölkədəki xüsusi müxbirinin sualını cavablandırarkən deyib.

“Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi. Əgər tərəflər danışıqlar aparmaq və sülh imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək”, – deyə, fransalı nazir əlavə edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın