Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Fransadakı nəticələr Azərbaycana nə vəd edir? – ŞƏRH

Fransadakı nəticələr Azərbaycana nə vəd edir? – ŞƏRH

“Liberal namizəd Emmanuel Makronun Fransadakı prezident seçkisində qalib gəlməsi millətçilərə həm zərbə həm də dərs oldu”.

Bu sözləri Sputnikə açıqlamasında keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. O, radikal millətçi namizəd Le Penin seçkidə uduzmasının, liberal dəyərlər və qüvvələr üçün ruh yüksəkliyi yaratdığını qeyd edib.

“Bundan sonra yəqin ki, Avropa İttifaqı daha da güclənəcək. Onsuz da indiyə kimi, Fransa Almaniya ilə birgə ittifaqın lokomotivləri idi. Bundan sonra lokomotiv funksiyanı daha da yaxşı həyata keçirəcəklər. Bu iki dövlətin Avropa İttifaqını düzgün idarə etməsi sayəsində birliyin cazibə qüvvəsi daha da arta bilər. Hətta İngiltərə də, Aİ-dən ayrılıq qərarında (Brexit) imtina edə bilər” — Qabil Hüseynli bildirib. Keçmiş müşavirə görə, bütün hallarda radikal millətçi Le Penin yerinə Emmanuel Makronun prezident seçilməsi həm köhnə qitə üçün həm də elə bizim ölkəmiz üçün prinsipial əhəmiyyətə malikdir. “Düzdür, Fransa ermənipərəst dövlətdir. Ancaq hər halda liberal dəyərlərin daşıyıcısı olan adamlar, xeyli məsələlərdə, o cümlədən ərazi bütövlüyü məsələsində müsbət rol oynaya bilər” — Q.Hüseynli əlavə edib. Qeyd edək ki, dünən Fransada keçirilən prezident seçkilərinin ikinci turunda “En Marche” (“İrəli”) hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,9 faizini əldə edib. “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,1 faizinin səsini qazanıb. Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı. 39 yaşlı Makron Fransa tarixində ən gənc prezident olacaq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın