Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Fransa Yəhudi İcması Azərbaycanda səfərdədir

Fransa Yəhudi İcması Azərbaycanda səfərdədir

Azərbaycanda birgə yaşayış mümkündür.

İyulun 2-də Fransa Yəhudi İcmasının Azərbaycana səfəri çərçivəsində “Azərbaycan multikultural birgə yaşayış diyarı: Antisemitizmə qarşı olan müsəlman millət” mövzusunda tədbir keçirilib.

2016 – Azərbaycanda multikulturalizm ili çərçivəsində keçirilən tədbir, AzVision.az saytının fransız dili departamentinin redaktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantı Səid Musayevin təşəbbüsü, Fransada fəaliyyət göstərən Valiske Assosasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Valiske Assosasiyasının direktoru Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavid və Fransa Yəhudi icmasının 40-dan çox üzvü iştirak edib. Azərbaycanda ilk dəfə səfərdə olan Fransa Yəhudi icmasının nümayəndələri ölkəmizin multikulturalizm modeli və Azərbaycan xalqının multikultural ənənələri ilə tanış olublar.

Avropalı qonaqlar Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, cəmiyyəti, Erməniastan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, habelə İsrail-Azərbaycan strateji tərəfdaşlığı barəsində onları maraqlandıran suallara cavab tapıblar.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın