Ana səhifə / Sosial / Fondun 1,2 milyard manatı haradadır?

Fondun 1,2 milyard manatı haradadır?

“Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiqlənməsindən 1 ilə yaxın vaxt keçir.

Ölkə başçısının fərmanı ilə təsdiq edilən bu qaydalara əsasən investisiya fəaliyyəti bir sıra prinsiplər əsasında həyata keçirilir ki, buraya təhlükəsizlik, likvidlik, gəlirlilik, müxtəliflik daxildir. 

Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan İnvestisiya Şurasının tərkibinə sədr əmək və əhalinin sosial müdafiəsi naziri olmaqla, nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və Dövlət Neft Fondunun nümayəndələri daxil ediliblər. Artıq həmin qaydaların təsdiqindən müəyyən dövr keçib.

Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu öz vəsaitlərini daha çox hansı sahələrə yatırıb, qazancı nə olub və necə istifadə edilir? 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Fərmanı ilə “Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib:

“Fərmana əsasən 2023-cü ildən Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi fəaliyyətinə başlayıb. Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) dövlət qiymətli kağızlarına və banklarda depozitə qoyulmaqla, maksimum gəlirliliyə imkan verən investisiyaya yönəldilir. Ötən il ilk mühüm addım olaraq, Fondun 1,2 milyard manatadək sərbəst vəsaiti maliyyə alətlərinə uğurla investisiya edilib”. 

O da qeyd edilib ki, investisiya fəaliyyətindən əldə olunan gəlirlərin sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılmasına və s. istiqamətlərə sərf olunması nəzərdə tutulur. 

Həmçinin oxuyun

Qadınla kişinin ağıl müqayisəsində parkovka amili…

Hər zaman qarşılaşdığımız mənzərədir. Əlində sürücülük vəsiqəsi, altında gözəl maşını olan, hətta uzun illər boyu …