Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / FHN Yardımlıdakı meşə yanğını barədə məlumat yaydı

FHN Yardımlıdakı meşə yanğını barədə məlumat yaydı

Dünən Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.
Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17” yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …