Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Sosial / FHN: Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb

FHN: Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.
Azinforum.az-ın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən veridyi məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi …