Ana səhifə / Sosial / FHN rəsmisi Nardaran faciəsi haqda: Hadisənin olduğu yer çimərlik üçün deyil – VİDEO

FHN rəsmisi Nardaran faciəsi haqda: Hadisənin olduğu yer çimərlik üçün deyil – VİDEO

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili Nardaranda baş vermiş ailə faciəsi ilə bağlı açıqlama verib.

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, hadisə onların nəzarətində olmayan ərazidə baş verib: “FHN daim əhaliyə xəbərdarlıq edir ki, xilasedicilərin, xüsusi texnikaların olmadığı, üzmə sərhədlərinin müəyyən edən sərhədlərin göstərilmədiyi sulara girməsinlər. Təəssüf ki, vətəndaşlar bunu nəzərə almır və bu kimi bədbəxt hadisələr qaçılmaz olur.

Bu gün baş verən hadisənin olduğu yer isə çimərlik üçün deyil, kiçik həcmli gəmilərin saxlanması üçün bazadır. Bədbəxt hadisə də məhz bu ərazidə qeydə alınıb. Videodan da görürsünüz ki, kifayət qədər daşlı, qayalı dərin sahədir. Bu ərazi bizim Nardaran Sularda Xilasetmə Məntəqəsindən təxminən üç kilometr aralıda yerləşir. Bu günə qədər bizim xidməti ərazilərimizdə sudaboğulma təhlükəsi ilə üzləşən 231 nəfər xilas edilib. Xidməti ərazilərdə ölümlə nəticələnən suda boğulma faktı qeydə alınmayıb.

Bu hadisədə boğulanlar qohum uşaqlardır. İki qardaşın övladları olub. Üç uşağın meyiti artıq çıxarılıb. Lakin sonuncu uşaq 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları hələ də davam edir”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …