Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / FHN qanunsuz tikintinin qarşısını ala biləcəkmi? – VİDEO

FHN qanunsuz tikintinin qarşısını ala biləcəkmi? – VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin şikayəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı “Report”a açıqlamasında bildirib ki, vətəndaşların kütləvi şikayəti əsasında hadisə yerinə dəfələrlə baxış keçirilib:

“Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

İşlərin dayandırılması üçün ərazi FHN əməkdaşları tərəfindən lentlənib.

“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev “Report”a açıqlamasında bu məsələdə təmsil etdiyi şirkətin məsuliyyət daşımadığını bildirib:

“Biz “AAAF İnşaat” MMC olaraq binaların tikintisi və satışı ilə məşğul oluruq. Satışdan sonra baş verən hadisələrlə bizim heç bir aiddiyyatımız yoxdur. Qeyd olunan ərazi, yəni zirzəmi satılıb. Kim o hissəni alıbsa və qeyri-yaşayış sahəsi kimi istifadə edirsə, qapı və ya pəncərə açırsa, buna biz cavabdeh deyilik. Alıcı bunu müvafiq qurumlardan – Fövqəladə Hallar Nazirliyi və digər inzibati orqanlardan icazə alaraq həyata keçirir. Bildiyimiz qədəri ilə həmin sahibkar da işə başlamazdan öncə FHN-in müvafiq rəyini alıb. Rəyi alandan sonra da şirkət kimi qarışacaq səlahiyyətimiz yoxdur. Bu məsələdə “AAAF İnşaat” MMC-ni tərəf olaraq göstərilməsi doğru deyil. Biz məsuliyyət daşımırıq. Bu, fərdi sahibkarla FHN arasında olan məsələdir. Problem varsa, özləri həll etməlidir”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …