Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Sosial / FHN “OBA market”i cərimələdi

FHN “OBA market”i cərimələdi

“OBA market” MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, matketin barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Mirheydər Zeynalovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Həmçinin oxuyun

1 manat 10 qəpiyə soğan, 6 manata ərik – Bazar niyə “od tutub yanır“?

Hazırda dünyada gedən proseslərlə əlaqəsi oldu-olmadı Azərbaycanda bahalaşma gedir. İdxal məhsulların qiymətindəki artımları müəyyən mənada …