Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / FHN-in hospitalında bəzi korpuslar bağlanıb

FHN-in hospitalında bəzi korpuslar bağlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb.

Oxu.Az-ın məlumatına görə, buna səbəb ölkədə koronavirusa yoluxma sayının azalmasıdır.
FHN-dən bildirilib ki, artıq xəstəxanada bəzi bölmələr fəaliyyətini dayandırıb:
“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”.

Qeyd edək ki, “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığı üçün bağlanıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …