Bazar , Oktyabr 2 2022
Ana səhifə / Sosial / “FHN dərhal reaksiya versəydi, yanğını qısa müddətdə söndürmək mümkün idi”

“FHN dərhal reaksiya versəydi, yanğını qısa müddətdə söndürmək mümkün idi”

“Zaqatala dağlarında yanğının başladığı zaman necə formada olduğunu əks etdirən görüntülər sosial mediada geniş yayılmışdı. Külək yox idi. Əgər Fövqəladə Hallar Nazirliyi dərhal reaksiya versəydi, yanğını qısa müddətdə söndürmək mümkün idi. Amma saatlarla reaksiya verilmədi. Yerli əhali, Zaqatala gəncləri yanğını söndürməyə cəhd etdilər. Heç olmasa lokallaşdırmağa nail oldular”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı bildirib ki, Fövqəladə Hallar Nazirliyi saatlar sonra cəmi bir helikopterlə bir dəfə gətirilən su ilə yanğını söndürdüyünü hesab etdi: “Amma yanğın növbəti günlər daha da artdı. İndi yaranan vəziyyət ilk günkünün tam əksidir. Külək başlasa, yaşayış məntəqələri də təhlükə altına düşəcək. Bu təhlükənin qarşısının alınması əhalinin üzərinə buraxılmamalı, belə cinayətkar səhlənkarlığa yol verənlər, vəzifə borcunu yerinə yetirməyənlər cəzalandırılmalı, yanğının qarşısının alınması üçün ümumdövlət səviyyəsində tədbirlər görülməlidir”.

Həmçinin oxuyun

Zorla ərə verilən məktəbli qız danışdı: Hər gecə ağlayırdım… (VİDEO)

Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.Söhbət şərti adı Gülnar olan yeniyetmədən …