Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / “FHN-də işləyirəm, sentyabrda toyum olacaq”- Elçibəyin oğlu

“FHN-də işləyirəm, sentyabrda toyum olacaq”- Elçibəyin oğlu

“Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”. “Qafqazinfo” xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

Ərturqut Əliyev toyunun nə vaxt olacağı  ilə bağlı da açıqlama verib.

“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə, mətbuata açıqlamasında  FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdi. Həmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirilib.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …

Bir cavab yazın