Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Fazil Mustafadan Sərdar Cəlaloğluna tikanlı sözlər: “Xeyli peşman oldum…”

Fazil Mustafadan Sərdar Cəlaloğluna tikanlı sözlər: “Xeyli peşman oldum…”

İki tanınmış siyasətçi arasında qalmaqal davam edir. Mətbuatın da qoşulduğu və meydan verdiyi bu qalmaqal hər gün bir yeni ştrixlə daha da körüklənir, üstəlik, maraqlı olur.

Musavat.com xəbər verir ki, millət vəkili Fazil Mustafa bu gün özünün Facebookdakı səhifəsində mövzunu belə davam etdirib: “Sərdar Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir, bəlkə bu sözləri paxıllıqdan yazmışam. Yəni Quran barədə hər bir düşünən insan, hansısa alim öz mülahizə və görüşlərini yaza biilər. Ancaq Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, başqalarını bilmirəm, mənə elmi dolandırıcılıq, yəni dələduzluq kimi gəldi. Çünki hətta İslam dünyasının ən nəhəng alimi sayılan İmam Qəzzali belə, Quranın elmini yazdığını iddia etməyib. Sərdar Cəlaloğlu isə Quranın elmindən başqa fəlsəfə və sosiologiyasını da tamamlamaq üzrədir. Sərdar bəyin cavabında aşağıdakı cümlələri oxuyandan sonra isə doğrusu, adamla bu mövzuda müzakirəyə girdiyimə görə xeyli peşiman oldum. Biz yan-yörəmizdəki dahiləri tanımayacaq qədər geridə qalmışlarıq, deyə düşündüm.

Hörmətli Sərdar bəyin cavabından önəmli hissəni olduğu kimi verirəm: “Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu, başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib, çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasında analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.

Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş… Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu…”

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın