Çərşənbə , İyun 29 2022
Ana səhifə / Sosial / Fazil Mustafa: “Valideyn “uşaqpulu”nu götürüb mebel almağa gedəcəksə…”

Fazil Mustafa: “Valideyn “uşaqpulu”nu götürüb mebel almağa gedəcəksə…”

““Uşaqpulu” verilməlidir. Fikrimcə, burada natural formada da müəyyən bir hissə nəzərdə tutula bilər. Buraya xüsusilə azyaşlı uşaqların qida, geyim, müalicə kimi ehtiyacları daxildir. Digərlərinə də maddi dəstək verilə bilər. Hər halda bunu mərhələ-mərhələ, 1 yaşdan 6 yaşa, 6 yaşdan 12 yaşa qədər başlamaq olar. Daha böyük imkanlar olarsa, bunu tətbiq etmək mümkündür. Əsas odur ki, uşaqlar bəlli bir yaşa gələnə qədər ən azı qida və sağlamlıq problemləri yaşamasınlar. Hədəf bu olmalıdır. Kimisə sakitləşdirmək üçün, kiminsə arzusuna görə “uşaqpulu” vermək düzgün deyil. Söhbət uşağın sağlam böyüməsini təmin etməkdən, sıxıntılarını azaltmaqdan gedir. Əgər bu, baş verərsə, xeyri olacaq. Yoxsa valideyn “uşaqpulu”nu götürüb mebel almağa gedəcəksə, yaxud da başqa bir dərdinə xərcləyəcəksə, bunun adı “uşaq pulu” olmadı ki… Əslində daha çox bu motivlə “uşaqpulu” məsələsini gündəmə gətirirlər. Amma bizim əsas məqsədimiz o olmalıdır ki, uşaq maddi çətinliyə görə sıxıntı çəkməsin, normal yaşasın. Məsələnin əsas mahiyyəti budur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, bu pulun verilməsinin müxtəlif formaları var: “Uşaqların kateqoriyası üzrə bölünür: “Hansı kateqoriyadan olan uşağa daha çox dəstək gərəkdirsə, bunu nəzərə almaq lazımdır. İnsanların həm də yaşayış səviyyəsi burada öz əksini tapmalıdır. Çünki elə insanlar var,  onların böyük bir vəsaitə xüsusi ehtiyacı yoxdur. Amma ehtiyacı olanları da doğru tədqiq etmək lazımdır. Bu və digər kateqoriyadan olan uşaqlara müəyyən dərəcədə müavinətlər verilir. Sağlam böyüməyən uşaq məsələsi gündəmdə qalmamalıdır. “Uşaqpulu” ayrıldı, lakin uşaqlar üçün xərclənmədi, sağlamlıqla bağlı problemləri həll edilmədisə, bunun bir mənası qalmır. Elə etməliyik ki, faydası olsun”.

Həmçinin oxuyun

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişdi

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları …