Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Fazil Mustafa: Türkiyə Qarabağa görə belə bir addım atmaz

Fazil Mustafa: Türkiyə Qarabağa görə belə bir addım atmaz

Türkiyənin Avropa İttifaqı ilə problem yaşaması və Avropa İttifaqı tərəfindən izolyasiya olması onları məcbur edir ki, Rusiya ilə daha yaxın, sıx əlaqələr qursunlar.

Bu sözləri Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalaması barədə niyyətini Axar.az-a şərh edən millət vəkili Fazil Mustafa deyib. O qeyd edib ki, Türkiyə bu məsələdə Azərbaycanın marağını nəzərə almadan heç bir addım atmaz:

“Ümid edirəm ki, Türkiyənin mövqeyi Azərbaycanın mövqeyi ilə uyğunlaşacaq. Türkiyə və Rusiya arasında olan münasibətlər Azərbaycanın maraqlarına hər hansı şəkildə zidd olmaz və Ermənistanla bağlı məsələlər də Azərbaycanın maraqları əsasında həllini tapar. Əks halda bu məsələ ciddi problem yarada bilər. Burada bilavasitə gömrük siyasətinin uzlaşmasından söhbət gedir. Azərbaycanın da qarşısında belə bir seçim dura bilər. Rusiya da bilir ki, Ermənistanla münasibətlərin bu qədər kəskin olduğu zamanda belə bir addımın atılması mümkünsüzdür. Ona görə də Qarabağ münaqişəsi öz həllini tapmadan Türkiyənin bu müqaviləyə qoşulması real görünmür”.

Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalamaq niyyətində olduğunu açıqlayıb. Erməni mətbuatı isə Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşması imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacağını iddia edir.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın