Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Fazil Mustafa: “Rayonlarda bağçalar acınacaqlı vəziyyətdədir”

Fazil Mustafa: “Rayonlarda bağçalar acınacaqlı vəziyyətdədir”

“Məktəbəqədər təhsilimiz xarici ölkələrlə müqayisədə hələ də zəifdir”.
Bunu Moderator.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun fikrincə, bu zəifliyin əsas səbəbi maddi-texniki bazanın zəifliyidir: 
“Buna görə də ilk növbədə də maddi-texniki baza başda olmaqla, təhsilə vəsait xeyli artırılmalıdır. Təhsildə daşıma vasitələrinin olması çox önəmlidir. Çünki uşaqların məktəbə çatdırılması problemi var. Uşaqları məktəbə valideyn gətirir. Onun da işi olarsa,məşğuldursa,  bu, proses çətinləşəcək.  
Valideyn bu səbəbdən, bəzən uşağı vaxtında aparıb çatdıra bilmir,  sadəcə, imkanı olmur. Ona görə də bütün bunlar maddi-texniki baza ilə bağlı məsələlərdir. Bir də bizdə özəl sektorla iş də zəifdir. Məncə, məktəblərdə təhsildə özəl sektorlarda intensiv çalışmaq lazımdır ki, daha keyfiyyətli təhsil almaq imkanları da hərtərəfli təmin olunsun”. 
“Azərbaycanda bağçalar uşaqların formalaşmasında nə cür rol oynayır?”  sualını da cavablayan F. Mustafa bildirdi ki, təbii ki, bağçaların müəyyən rolu var: 
“Bağçalar bayaq qeyd etdiyim kimi maddi-texniki bazaya o qədər də sahib deyil. Özəl  bağçalarda vəsait kifayət qədər olsa da, qiymət də bahadır. Dövlət bağçalarında tələbat çox olsa da, təminat yoxdur. Valideynlərin çoxu uşaqları bu cür bağçalara apara bilmirlər. 
Rayonlarda isə bağçalar  ümumiyyətlə, acınacaqlı vəziyyətdədir. Bağçalar metodiki vasitələr, idman və ya başqa infrastrukturu olmayan, şəraitsiz məkanlarda salınır. Nə həyəti, nə də oyun sahəsi yoxdur. Bu da uşaqların yetişməsinə o qədər də imkan vermir. Diqqət etmisinizsə məsələn, Danimarkada bağçanı meşənin içərisində  tikirlər. Bununla uşağı həm də gələcəyə hazırlayırlar. Ağaclara dırmanmaqdan tutmuş, müəyyən işlər görməklə. Konyada uşaqlar bağçada özlərinə yemək belə hazırlayırlar, özlərinə qulluq edirlər. Bütün bunların hamısı inkişaf etmiş ölkələrə aid məsələlərdir. Bizdə bu sahədə inkişaf çox aşağıdır”. 

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …