Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Sosial / Fazil Mustafa partiyaların devalvasiya ilə bağlı dialoqunu təklif edir

Fazil Mustafa partiyaların devalvasiya ilə bağlı dialoqunu təklif edir

“Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır”.

Musavat.com xəbər verir ki, bunu deputat Fazil Mustafa yazıb. Onun fikrincə, bu, həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olar: “Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töfhəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqqerlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş, təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır ki, hərtərəfli müzakirə olunsun. Nəticədə vətəndaşlarımızım bu böhrandan çıxması üçün doğru qərarlar alınsın”.

Bundan başqa, Fazil Mustada Milli Məclisdə İqtisadiyyat komitesinin təşəbbüsü ile hökumətin iqtisadi blokunun rəhbərləri ilə Samir Əliyev, Azer Mehdiyev, Vüqar Bayramov, Rövşen Ağayev, Qubad İbadoğlu və digər tanınmış müstəqil iqtisadçıların dialoqu keçirilməsini, təklifr və proqnozların müzakirəsini də təklif edib.

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın