Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Sosial / Fazil Mustafa Duqinin Bakıda səsləndirdiyi fikirləri müdafiə etdi: “ABŞ və Fransanın təklifləri daha təhlükəlidir”

Fazil Mustafa Duqinin Bakıda səsləndirdiyi fikirləri müdafiə etdi: “ABŞ və Fransanın təklifləri daha təhlükəlidir”

“Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasınadır. Çünki istəsək də, istəməsək də Qarabağın taleyində aparıcı mövqeyə məhz bu dövlət sahibdir”.

Strateq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafaölkəmizdə səfərdə olan məşhur rusiyalı filosof, politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin Qarabağ problemiylə bağlı Bakıda ifadə etdiyi mövqeyə münasibət bildirərəkən, özünün facebook səhifəsində yazıb.

Fazil Mustafa qeyd edib ki, Duqin əvvəlkindən fərqli olaraq, Bakıda daha pozitiv açıqlamalar verib və bu baxışı təqdir edilməlidir: “Onun əvvəllər səsləndirdiyi “Qarabağın qaytarılması istisnadır” kimi bir mövqeyə Azərbaycanın maraqlarından çıxış edərək sərt münasibət bildirmişdik. Ancaq Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir. Xüsusilə də 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirlərin Rusiya ictimai rəyinə təsir göstərən bu şəxs tərəfindən səsləndirilməsi, hər halda düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir”.

Deputat onu da vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk qrupundakı həmsədr ölkələrdən ABŞ və Fransanın təklifləri ölkəmiz üçün daha təhlükəlidir:“Görün, vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada, eləcə də ABŞ-da sırf erməni diasporasının mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən də Rusiyadə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməmiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir”.

Həmçinin oxuyun

6300-dən çox bakalavr ixtisas seçimi edib

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən verilən …

Bir cavab yazın