Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Fəzail Ağamalı Ərdoğana başsağlığı verdi

Fəzail Ağamalı Ərdoğana başsağlığı verdi

Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkədə baş verən qanlı terror aktı ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Azinforum.az həmin mətni təqdim edir:

“Hörmətli  Prezident!
İstanbul Atatürk hava limanında xaincəsinə terror aktını törədənləri qətiyyətlə lənətləyirəm. Faciə nəticəsində çoxsaylı insan itkisi məni dərindən kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına ağır faciə ilə bağlı dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Şəhid olmuş Türk qardaşlarımıza Allah rəhmət eləsin!

Hörmətlə, Millət vəkili
Fəzail Ağamalı

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın