Ana səhifə / Sosial / Fəzail Ağamalı seçki təbliğatına yekun vurdu – Foto 

Fəzail Ağamalı seçki təbliğatına yekun vurdu – Foto 

60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı oktyabrın 28-də Neftçala rayonunun Aşağı Surra kəndində uğurlu seçki kampaniyasına yekun vurub.
Axar.az xəbər verir ki, Aşağı Surra kəndinin seçiciləri ilə görüşü açan F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov qısa olaraq namizədin tərcümeyi-halı və onun keçmiş olduğu yol üzərində dayanıb, 2010-cu ildən sonra deputatlıq fəaliyyətinin vacib məqamlarını seçicilərin diqqətinə çatdırıb.
Seçicilər qarşısında çıxış edən Fəzail Ağamalı görüşdə iştirak etdiklərinə görə seçicilərə dərin təşəkkürünü bildirib və son 5 ildə 60 saylı Salyan-Neftçala seçki dairəsinə daxil olan kəndlərdə, o cümlədən Aşağı Surrada görülən işləri dövlətimiz və ölkə prezidenti İlham Əliyevin onlara qarşı diqqətinin ifadəsi kimi dəyərləndirib. O, kənddə həyata keçirilməsi vacib olan məsələlərin üzərində dayanıb və bütün bunların növbəti illərdə reallaşacağına əminliyini bildirib.
Görüş iştirakçılarından şəhid atası Hacı Abbasağa Rəhimov, Kərbəlayi Ədalət Abışov, kənd ziyalıları Həsənağa Abbasov və Ənvər Tağıyev ölkəmizdə həyata keçirilən sosial xarakterli işlərə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirib, dövlətçiliyimizə sədaqəti ilə fərqlənən, hər zaman xalqın problemlərini aradan qaldırmaqda fəallıq nümayiş etdirən F.Ağamalıya səs verəcəklərini söyləyib və bütün seçiciləri onlarla bərabər olmağa çağırıblar.
Beləliklə, təbliğat kampaniyası çərçivəsində Fəzail Ağamalının seçicilərlə canlı görüşü və təması başa çatıb.

 

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın