Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Sosial / Fəzail Ağamalı Qarabağ əlilinin evini ziyarət etdi- FOTO

Fəzail Ağamalı Qarabağ əlilinin evini ziyarət etdi- FOTO

19 oktyabr 2015-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Qaraçala və Varlı inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirdi.
Yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov F.Ağamalının son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə məlumat verdi.
Bildirildi ki, son beş il ərzində F.Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib.
Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvü də çıxış edərək, hakim partiyanın 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd irəli sürmədiyini və bunun F.Ağamalıya yüksək etimadı kimi qiymətləndirildiyini bildirdilər.
Qeyd olundu ki, hazırda 60 saylı Salyan-Neftçala seçki dairəsində 40 minə yaxın əhali yaşayır ki, onların da mütləq əksəriyyəti Azərbaycan Prezidentinin yürütdüyü siyasəti dəstəkləyir.
Kənd ağsaqqallarından Aftandil Şərifova, Babayar Həsənov, kənd ziyalılarından İltifat Məmmədov, Faiq Zərbəliyev, Şaiq Qəhrəmanov, Nigar Məmmədova, təqaüdçü Balabəy Əliyev və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırdılar.
Görüşdən sonra F.Ağamalı rayonun Çadırlı kəndində məskunlaşan və Qarabağ müharibəsi zamanı II qrup əlil olan Şəmsi Həsənovun dəvəti ilə onun yaşadığı evə baş çəkərək şəraiti ilə tanış oldu.
F.Ağamalı müharibə əlilini əmin etdi ki, seçkilərdən sonra Ş.Həsənovun üzləşdiyi problemlərin həlli ilə əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və lazımı kömək göstərilməsi üçün konkret addımlar atılacaq.
Xəbərə dair fotolar

Həmçinin oxuyun

AVTOMOBİLƏ ETİBARNAMƏ TELEFONLA VERİLƏCƏK! – Azərbaycanda ilk dəfə

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək. Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi …

Bir cavab yazın