Bazar ertəsi , May 27 2019
Ana səhifə / Sosial / Fəhlələri daşıyan traktor aşdı – Ağır yaralılar var (YENİLƏNİB)

Fəhlələri daşıyan traktor aşdı – Ağır yaralılar var (YENİLƏNİB)

Samux rayonunda traktorun aşması nəticəsində xəsarət alan sürücünün adı məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb.

Nəticədə sürücü və traktorun qoşusunda olan fəhlələr xəsarət alıb. Sürücünün vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

* * *

Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.Yolun …