Ana səhifə / Sosial / “Excelsior”un külli miqdarda vergi borcu var, ödəmələrdən də yayınıb

“Excelsior”un külli miqdarda vergi borcu var, ödəmələrdən də yayınıb

Bakının məşhur hotellərindən sayılan “Excelsior” məhkəməlik olub.

Demokrat.az-ın məlumatına görə, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Belə ki, “Excelsior”un rəhbərliyi az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda ittiham olunur. İddia təstiqini taparsa, bu zaman “Excelsior”u inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə gözləyir.

İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabın 25-nə təyin olunub.

Onu da əlavə edək ki, hazırda “Excelsior”un vergi borcu da var. Belə ki, hazırda hotelin vergi borcu 75 931 manat təşkil edir.

Qeyd edək ki, hotelin qanuni təmsilçisi Rəhimov Elvin Fazil oğludur.

Həmçinin oxuyun

“Vətəndaşın Azərbaycandakı yoxsulluqla bağlı fikirlərini qəbul etmirik”

“Statistika Komitəsinə sorğu göndərsək ki, nə qədər əhali var, o əhalinin nə qədəri işləyir, onların …