Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / Evsiz vətəndaşlara şad xəbər: Mənzil əldə etmək asanlaşdı (VİDEO)

Evsiz vətəndaşlara şad xəbər: Mənzil əldə etmək asanlaşdı (VİDEO)

İpoteka Fondunun balansında olan mənzilləri satmaq öhdədiliyi ilə kirayəyə verməsi vətəndaşların mənzil şəraitinin yaxşılaşmasına xidmət edir. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bununla vətəndaşların mənzilə sahib olmaq imkanları asanlaşır. Vüqar Bayramovun fikrincə, təsdiq edilmiş əsasnaməyə görə İpoteka Fondunun mənzillərində kirayə qalmaq üçün nəzərdə tutulan tələblər geniş deyil.
Ekspert bildirib ki, kirayə qalaraq sonda mənzilə sahib olmaq daha sərfəlidir. Çünki vətəndaş bankdan kredit götürmədiyinə, mənzil bankda girovda qalmadığına görə hansısa faiz dərəcələrinin ödənilməsi nəzərdə tutulmayıb. Vətəndaş sadəcə mənzilin dəyərinin 300 aya bölünərək alınan hissəsini ödəməklə mənzilə sahib olmuş olur. Aylıq kirayə haqlarının bazar qiymətindən aşağı olacağı proqnozlaşdırılır.
Nizamnamə təsdiqləndiyindən mənzillərin artıq bu ildən kirayəyə təklif ediləcəyi gözlənilir. (Xəzər TV)


B

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …