Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

Evlərini sığortalamayanlar cərimələnəcəklər – VİDEO

Azərbaycanda daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bir çox vətəndaşlar öz fərdi ev və mənzillərini, o cümlədən obyektlərini hələ də sığortalamayıb.
Buna görə də ölkəmizdə bu növ sığortanın regionlar üzrə miqdarını və faiz nisbətini müəyyənləşdirmək çətindir. Bütün bu problemləri həll etmək üçünsə, Azərbaycan Sığortaçılar Assosasiyası tərəfindən daşınmaz əmlakın sığorta xəritəsi hazırlanır.
Azərbaycan Sığortaçılar Assosasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, sözügedən layihənin həyata keçirilməsindən sonra konkret regionlar üzrə hansı vətəndaşların daşınmaz əmlaklarını sığortalayıb-sığortalatmadığı dəqiq müəyyənləşəcək. İcbari sığortadan yayınanlar müvafiq qaydada cərimələnəcək.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …