Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır – VİDEO

Evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır – VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.

Şəhər sakinləri bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atırlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib.

Ekspert qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənzillərə çıxarış əldə edə bilməməsidir.

Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər enməsinə səbəb ola bilər.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …