Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Evdə sosial-məişət xidmət göstərilən şəxslərin sayı AÇIQLANDI

Evdə sosial-məişət xidmət göstərilən şəxslərin sayı AÇIQLANDI

Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

Agentlik sədri bildirib ki, onlardan 4190 nəfəri ahıllardır.

“Ahıl şəxslərin sosial xidmətlərlə təminatı da həyata keçirilir. Hazırda Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 190 nəfər ahıl şəxs yaşayır. Son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisənin sakinlərinin hər birinə fərdi yanaşılır və onlar burada xüsusi qayğı mühiti ilə əhatə olunurlar” – deyə Vüqar Behbudov qeyd edib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …