Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ev alarkən aldadıla bilərsiniz – VİDEO

Ev alarkən aldadıla bilərsiniz – VİDEO

İndi təqdim edəcəyimiz və şikayətçilərin yaşadıqları bu problem bir çoxlarımıza tanışdır. Yeni tikilən bina və bu binanın bir neçə nəfərə satılan mənzilləri. Bu mənzilləri almaq üçün əlindəki pulu son qəpiyinədək xərcləyən insanlar isə ayırd edə bilmir ki, mənzil kimindir.

Söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən yeni tikili binadan gedir. MTK-lardan birinə məxsus bu bina 2018-ci ildən sakinlərin istifadəsinə verilə bilmir. Lakin məsələ bununla da bitmir. Bir mənzilin bir neçə nəfərə satılması, bina hazır olsa belə mənzil sahiblərinin bura yığışmasına əngəl yaradır. Onlar iddia edirlər ki, mənzilin onlardan başqalarına da satılmasından sonradan xəbərdar olublar.

Problemi həll etmək üçün adı çəkilən mtk sahibinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Şikayətçilər bildirdi ki, Pənah adlı şəxs MTK-ya şərik olduqdan sonra, binada belə problemlər yaranmağa başlayıb. Məsələni aydınlaşdırmaq üçün adı çəkilən şəxsə müraciət etsələr də, o söhbətdən yayınıb.

Məsələ ilə bağlı  şikayətçilərin dələduzluqda ittiham etdikləri Pənah adlı şəxsin ofisinə getsək də üzümüzə qapı açan olmadı. Zəng edib iddiaların doğru olub olmadığını soruşduqda isə bizə, sözü gedən bina ilə heç bir əlaqəsi olmadığını bildirib dəstəyi asdı.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …