Bazar , Oktyabr 2 2022
Ana səhifə / Sosial / Ev alarkən diqqətli olun-(VİDEO)

Ev alarkən diqqətli olun-(VİDEO)

Küllü miqdarda pul verib aldıqları mənzilləri özlərindən başqa bir neçə şəxsə satılıb. İndi nə pulları qaytarılır, nə də mənzillərinə sahiblənə bilirlər.

Xəzər TV-yə istinadən xəbər verir ki, iddialara görə, Paytaxtın Nərimanov rayonu, Dadaş Bünyadzadə 57 ünvanında yerləşən “Təbriz” MTK-nın sədri Nofəl Hacıyev 14 mərtəbəli binada olan eyni mənzilləri ayrı-ayrı şəxslərə satıb.

Şikayətçilər Nofəl Hacıyevlə yanaşı binın digər təsisçilərindən də narazıdırlar. Üstəlik hazırda binada tikinti işlərinin tam dayandığını bildirirlər

Məlum oldu ki, Nofəl Hacıyev artıq şikayət əsasında həbs edilib. Vəkili Qalib Məmmədov onun haqqında yayılan iddialara münasibət bildirib.

Vəkil onu da qeyd etdi ki, hazırda istintaq məsələni araşdırır. İndi sakinlər aidiyyəti qurumlardan məsələnin tam araşdırılmasını və pullarının qaytarılmasının təmin edilməsini istəyirlər.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fxezerxeberler%2Fvideos%2F984503119594421%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Zorla ərə verilən məktəbli qız danışdı: Hər gecə ağlayırdım… (VİDEO)

Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.Söhbət şərti adı Gülnar olan yeniyetmədən …