Ana səhifə / Sosial / Ev alarkən diqqətli olun: Sizin də başınıza gələ bilər – VİDEO

Ev alarkən diqqətli olun: Sizin də başınıza gələ bilər – VİDEO

Son vaxtlar bəzi vətəndaşlar mənzil aldıqdan sonra onu satmaq istədikdə problemlə qarşılaşırlar. Alqı-satqı zamanı məlum olur ki, həmin mənzildə ev sahibindən başqa digər şəxslər də qeydiyyatdadır. Təbii ki, bu zaman notariuslar həmin mənzilin başqasına satılmasına imkan vermirlər. Belə bir problem Bakı şəhər sakini Rizvan Ağabəyovun başına gəlib. Ümumilikdə belə halla qarşılamamaq üçün isə ekspertlərin vətəndaşlara tövsiyələri var.

Bakıda bəzi vətəndaşlar qanuni yolla aldıqları mənzili sonradan başqa şəxsə satarkən müəyyən problemlərlə qarşılaşırlar. Problem də ondan ibarətdir ki, mənzili notariuslarda alqı-satqı edən vaxt məlum olur ki, həmin mənzildə ev sahibinin tanımadığı başqa şəxslər də qeydiyyatdadırlar.

Belə bir hadisə ilə paytaxt sakini Rizvan Ağabəyov da qarşılaşıb. Onun sözlərinə görə, bir neçə il əvvəl Xətai rayonu ərazisində yerləşən yeni tikilmiş binadan birotaqlı mənzil alıb. Mənzilə çıxarış alınan zaman sənədə həm köhnə, yəni Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2942 A, həm də yeni ünvanlaşdırma ilə İlqar Zülfüqarov küçəsi, 175 ünvanı qeyd olunub.

Rizvan Ağabəyov bir müddət keçdikdən sonra həmin mənzili satmaq qərarına gəlib. Ancaq alqı-satqı zamanı problemlə qarşılaşıb.

Şikayətçi mənzildə kimlərin qeydiyyatda olduğunu araşdırdıqdan sonra həmin şəxsləri tapa bilib. Ancaq ortaya yeni problem çıxıb.

Çıxılmaz vəziyyətdə qalan Rizvan Ağabəyov hazırda mənzilini sata bilmir. Bəs ümumilikdə belə vəziyyətlə qarşılaşan vətəndaşlar nə etməlidirlər? Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, bu məsələdə bir çıxış yolu var, o da vətəndaşın məhkəməyə müraciət etməsidir.

Ramil Qasımzadə deyir ki, bu proses təxminən 4-5 ay çəkir. Ümumiyyətlə belə problemlə qarşılaşmamaq üçün ev almazdan öncə həmin mənzildə başqa şəxslərin qeydiyyatda olub-olmadığını yoxlamaq lazımdır. 

Həmçinin oxuyun

Sabah hava necə olacaq?-PROQNOZ

Dekabrın 6-da gözlınilən hava proznozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron …