Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Sosial / Etibar Mirzəyev: “Sizin meşələriniz yanmır, bizim meşələr yanır” -VİDEO

Etibar Mirzəyev: “Sizin meşələriniz yanmır, bizim meşələr yanır” -VİDEO

“Belə qərara gəldik ki, konvoyu iki yerə bölək. Konvoyla hərəkət edən yanğınsöndürənlər burada qalacaqlar. Onların özləri də iki hissəyə bölünəcəklər. Qalan avtomobil Muğla istiqamətində yola düşəcəklər”.

APA xəbər verir ki, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyə Respublikasında səfəri zamanı deyib: “Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün yanğınsöndürənlərimizi və texnikamızı Türkiyə Respublikasına göndərmişik. Artıq dörd gündür ki, buradayıq. Muğla istiqamətində baş verən yanğınların söndürülməsi ilə məşğuluq. İstədiyimiz nəticələrə nail oluruq. Yerli türk qardaşlarımızla birlikdə bu işi davam etdiririk. Bu gün bura gələn 236 yanğınsöndürən burada qalacaq və meşə yanğınlarına qarşı mübarizə aparırıq. Qeyd etmək istəyirəm ki, Türkiyə və Azərbaycan qardaş millətdir. Biz daima qardaşlarımızın yanında olacağıq. Necə ki Türkiyə xalqı Azərbaycan xalqının yanında olmuşdu, biz də Türkiyə xalqı və dövlətinin yanındayıq. Həmişə bizə can Azərbaycan deyən türk qardaşlarımıza can qardaşlarınız yanınızdadır deyirik. Biz sizlərlə qürur duyuruq. Qeyd edim ki, Türkiyə dövləti böyük dövlətdir. Türkiyə milləti mətn və qəhrəman millətdir. Meşə yanğınlarının qarşısı da alınacaq. Sizin meşələriniz yanmır, bizim meşələr yanır. Sona qədər sizin yanınızdayıq”.

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …