Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirilib – VİDEO

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirilib – VİDEO

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

“Trend”in məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Həmçinin oxuyun

Nazirlik məktəbin tikintisinə icazə almadan bu şirkətə 5,3 milyon pul ayırıb

Zərdab Rayon İcra Hakimiyyəti Zərdab rayonu Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının …

Bir cavab yazın